EN

Almaniya XİN: “Əsas şərt Putinin hücumu dərhal dayandırmasıdır”

Ukrayna ilə bağlı “dürüst danışıqlar” yalnız bir halda, Rusiya ordusu hücum əməliyyatlarını dərhal dayandırarsa, mümkündür.

Musavat.com xəbər verir ki, bu barədə Brüsseldə keçirilən nazirlər görüşündən sonra Almaniyanın xarici işlər naziri Yohann Vadeful açıqlama verib.

Nazirin sözlərinə görə, Berlin istənilən sülh təşəbbüsünü alqışlayır, lakin bunun üçün ilk və qəti tələb mövcuddur:

“Vladimir Putin Ukraynaya qarşı aqressiv hücum müharibəsini dərhal dayandırmalıdır. Atəşkəs – heç bir ilkin şərtsiz. Yalnız bundan sonra ədalətli və dürüst danışıqlar mümkündür”, - deyə Vadeful vurğulayıb.

Nazir əlavə edib ki, Ukraynanın Rusiya təsir dairəsinə düşməsi yolverilməzdir:

“Ukraynanın gələcəkdə təhlükəsiz yaşaya bilməsini təmin edən təhlükəsizlik arxitekturası qurulmalıdır. Tam aydın olmalıdır ki, Ukrayna öz suverenliyini saxlayır”.

Almaniya rəsmisi həmçinin bəyan edib ki, Ukrayna ilə bağlı istənilən razılaşmanın hazırlanmasında ukraynalılar və avropalılar birbaşa iştirak etməlidirlər:

“Biz Avropada yaşayırıq və Ukraynanın yanındayıq. Hazırda baş verən hər bir prosesdə Avropa masanın arxasında olmalıdır”.

Musavat.com

Chosen
60
musavat.com

1Sources