EN

Zaxarova Polşanı rusofobiyada İTTİHAM EDİB

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Qdanskdakı Baş Konsulluğunun bağlanmasını Polşanın mağara adamı rusofobiyası ilə əlaqələndirib. 

Busaat.az xəbər verir ki, o, bu barədə brifinq zamanı bildirib.

“Biz Polşa hakimiyyətinin bu son düşməncəsinə hərəkətini Polşada hökm sürən rusofobiyanın geniş vüsət alması fonunda ikitərəfli münasibətləri pozmağa yönəlmiş düşünülmüş siyasətin təzahürü kimi qiymətləndiririk”,-deyə Zaxarova bildirib.

Zaxarova xəbərdarlıq edib ki, Moskva Polşa konsulluğunun Rusiyadakı diplomatik mövcudluğunu əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla Varşavanın hərəkətlərinə eyni cür cavab verəcək.

Xatırladaq ki, noyabrın 19-da Polşanın xarici işlər naziri Radoslav Sikorski keçən həftəsonu dəmir yolunda baş vermiş təxribata cavab olaraq ölkədəki son Rusiya konsulluğunun – Qdanskda bağlanması qərarını açıqlayıb.

Yeganə

Chosen
22
busaat.az

1Sources