ABŞ Dövlət Katibi Marko Rubio bildirib ki, Rusiya və Ukrayna döyüşlərə son qoymaq üçün qarşılıqlı güzəştlərə getməlidirlər. ABŞ Dövlət Katibi öz bəyanatında yazıb: “Davamlı sülhə nail olmaq üçün hər iki tərəf çətin, lakin zəruri güzəştlərə getməlidir”.
Rubio həmçinin qeyd edib ki, ABŞ hakimiyyəti sülh yolu ilə həll üçün təkliflər hazırlamağa davam edir. Onun sözlərinə görə, Vaşinqton münaqişədə hər iki tərəfin mövqeyini nəzərə almağa çalışır. Marko Rubio vurğulayıb ki, “Ukraynada aparılan kimi mürəkkəb və ölümcül müharibəyə son qoymaq üçün ciddi və real fikirlərin geniş mübadiləsi tələb olunur”.
Daha əvvəl mediada ABŞ-da Ukrayna üçün hazırlanmış 28 bəndlik sülh yolu ilə həll planı barədə məlumat yayılmışdı.
//Samir Qurbanov, Editor.az