EN

SON DƏQİQƏ: Ermənistan nümayəndə heyəti Bakıya GƏLİR

Bakıda noyabrın 21-22-də Ermənistanı təmsil edən beş ekspertin iştirakı ilə dəyirmi masa keçiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Məlumatda bildirilir ki, erməni ekspertlər sabah, noyabrın 21-də Bakıya yola düşəcəklər.

Ermənistan hökuməti bu gün, noyabrın 20-də keçirilən iclasında noyabrın 21-25-də Bakıda keçiriləcək dəyirmi masada beş erməni ekspertin iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkili üçün 17 milyon 550 min dram ayrılması barədə qərar qəbul edib.

Qərarın əsaslandırmasında deyilir ki, dəyirmi masada iştirak Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları asanlaşdıracaq və iki dövlətin cəmiyyətləri arasında etimadın gücləndirilməsi üçün mexanizmlər yaradacaq.

Musavat.com

Chosen
26
6
musavat.com

8Sources