Bakı. Trend:
Qətərin paytaxtı Dohada şahmatın rapid və blits növləri üzrədünya çempionatı keçiriləcək.
Trend FIDE-ninrəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yarışda 14şahmatçı ilə təmsil olunacaq.
Kişilər arasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, EltacSəfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və AydınSüleymanlı, qadınların mübarizəsində isə Günay Məmmədzadə, GülnarMəmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, ÜlviyyəFətəliyeva, Zeynəb və Türkan Məmmədyarovalar qüvvələrinisınayacaqlar.
Dekabrın 25-30-da keçiriləcək turnirin ümumi mükafat fondu 1milyon avrodan artıqdır.