EN

Onlar pensiyaya daha tez çıxsın

Üç və daha çox uşağı olan analara erkən, güzəştli şərtlərlə pensiya çıxmaq hüququnun verilməsi təklif olunub.

Publika.az xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli çıxış edib.

Deputat deyib ki, erkən pensiyaya çıxma məsələsi çox aktualdır: “Bu kontekstdə 5 və daha çox uşağı olan analar bu hüquqdan istifadə edə bilir. Təklif edirəm ki, bu, üç və daha çox uşağa olan analara şamil edilsin. Bu, sosial nöqteyi-nəzərdən çox ədalətli olar”.

Chosen
28
18
publika.az

10Sources