EN

Növbəti köç karvanları Vəngli kəndinə çatıb, açarlar təqdim edilib

Ağdərə rayonuna yola salınan növbəti köç karvanları Həsənriz və Vəngli kəndlərinə çatıb, sakinlərə açarlar təqdim olunub.

Tribunainfo.az xəbər verir ki, bu köçlə Vəngliyə köçürülən ailələrin sayı 100-ə (385 nəfər) çatıb.

***

16:08

Ağdərə rayonuna yola salınan növbəti köç karvanları Vəngli kəndinə çatıb.

Tribunainfo.az xəbər verir ki, bu mərhələdə Vəngliyə 4 ailə (11 nəfər) köçürülüb.

***

13:30

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Tribunainfo.az xəbər verir ki, noyabrın 20-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Vəngli kəndinə yola salınıb.

Bu mərhələdə Vəngli kəndinə 4 ailə – 11 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Chosen
27
tribunainfo.az

1Sources