EN

“Barselona”da prezidentliyə namizəd: “Messini qaytarmalıyıq”

“Barselona”nın prezidentliyə namizədi Viktor Font seçkilər haqda danışıb.

Msport.az xəbər verir ki, o, Kataloniya təmsilçisinin keçmiş futbolçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi haqda da maraqlı açıqlama verib:

“Biz Lionel Messini ən qısa zamanda bu klubda görməliyik. Onun heykəlini ucaltmaq kifayət deyil. Şəxsən bir azarkeş olaraq Messini buraya qaytarmaq ideyası məni həyəcanlandırır. Amma açıq-aydın, hər şey ondan asılıdır. Etməli olduğumuz şey onu istismar etməməkdir. Məncə, Laporta bunu dəfələrlə edib və yanılıb. Prezident seçilsəm, ilk işim telefonu götürüb Messiyə zəng etmək olacaq. İndiyə qədər onunla və ya yaxınları ilə heç bir əlaqəm olmayıb”.

Qeyd edək ki, “Barselona”nın hazırkı prezidenti Joan Laportadır. Messi məhz Laportanın dövründə “Barselona”dan ayrılıb. O, 2004-2021-ci illərdə bu komandada oynayıb.

Chosen
5
msport.az

1Sources