EN

Deputat dərmanların içlik vərəqinin uzun olmasına etiraz etdi: "Qəzet yazırsınız?"

“Seçicilərim mənə dərmanların içlik vərəqini veriblər ( red - içlik vərəqinin uzun olduğunu göstərir). Qəzet yazırsınız? Bu qədər izahat olar? Biz hamımız bilirik ki, aptekdən dərman alanda əczaçıya deyirik ki, onun üstünə yaz ki, bunu neçə dəfə qəbul edəcəm.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.

Deputat dərmanın içlik vərəqinin və orada yazıların çox olmasına etirazını bildirib: "Dərmanla bağlı görün nələr yazır, bunu o xəstə oxuyandı? Bunun əsəbləri onsuz da korlanıb, çoxu da yaşlı adamlardı”, - deyə deputat bildirib. 

Spiker Sahibə Qafarova deputatın fikirlərinə cavab olaraq bildirib: “Səyyad müəllim, orda bir az yazılsa, deyəcəksiniz ki, niyə o söz yazılmayıb. Dünyada qəbul edilmiş praktika var ki, dərman vasitəsilə bağlı mütləq qutunun içində izahat olur. Başqa cür də ola bilməz".

Səyyad Salahlı isə qeyd eidb ki, fikirləri o yox, camaat deyir: “Bunları mənə camaat verir. Bu mütəxəssislər, həkimlər üçündür ki, istiqamət götürüb xəstəyə yol göstərsinlər. Bunlar xəstəyə lazım deyil, heç kim oxumur. Camaat bunu oxuyanda başa düşməlidir, xalq dilində olmalıdır. Əgər sən bunu dərman qutusunun içinə qoyub xəstəyə satırsansa, onun başa düşə biləcəyi dildə danış”.

Spiker vurğulayıb ki, həkimlər hər bir dərman vasitəsilə bağlı xəstəni məlumatlandırır: “Deyirsiniz ki, gərək xalqın dilində olsun. Həkim xəstəyə başa salır ki, dərmanı bir dəfə və ya iki dəfə iç”.

Anar Kəlbiyev

Chosen
71
4
unikal.az

6Sources