EN

Siniflərdə şagird sayı azaldılmalıdır - Məzahir Məmmədli

"Siniflərdə şagird sayının azaldılması müasir təhsil sistemində keyfiyyətin yüksəldilməsi üçün ən təsirli vasitələrdən biridir".

Bu fikri Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli məktəb siniflərində şagirdlərin azaldılması ilə bağlı verilən təklifdən danışarkən bildirdi.

Onun sözlərinə görə, bu addım həm müəllim fəaliyyətinin effektivliyini artırır, həm də şagirdlərin bilik və bacarıqlarının daha dərindən formalaşmasına şərait yaradır.

"Şagird-müəllim ünsiyyətinin güclənməsi, fərdi yanaşma imkanlarının genişlənməsi və təlim mühitinin daha idarəolunan olması təhsil prosesinin bütün iştirakçıları üçün ciddi üstünlüklər yaradır.

Beləliklə, siniflərin kiçik ölçüdə təşkili təhsilin keyfiyyətinə birbaşa müsbət təsir göstərən, gələcək nəsillərin daha bilikli və rəqabətqabiliyyətli yetişməsinə xidmət edən mühüm pedaqoji yanaşmadır", - deyə Məzahir Məmmədli vurğuladı.

Aytəkin TOFİQQIZI

Chosen
56
redaktor.az

1Sources