EN

ABŞ və E3 ölkələri İrana qarşı sərt tələb irəli sürdü – MAQATE-də gərginlik artır

ABŞ, Fransa, Böyük Britaniya və Almaniya (E3) keçirililməsi planlaşdırılan iclasda səsə çıxarılacaq MAQATE İdarə Heyətinə yeni qətnamə layihəsi təqdim edib.

Musavat.com xəbər verir ki, sənəd İrandan dərhal tam əməkdaşlıq tələb edir.

Xüsusilə hücuma məruz qaldığı bildirilən obyektlərə təxirəsalınmaz girişin təmin edilməsi, zənginləşdirilmiş uran ehtiyatları barədə ətraflı məlumatın verilməsi.

İdarə Heyətində təmsil olunan bir sıra ölkələr, o cümlədən Argentina və Belçika artıq layihəyə dəstəyini ifadə edib.

Qətnamə qəbul olunarsa, ABŞ və Avropa ölkələri ilə İran arasında münasibətlər daha da gərginləşə bilər və Yaxın Şərqdə yeni gərginlik dalğası yarana bilər.

İran rəsmiləri qərarın elanından əvvəl bunun “çox ciddi qəbul ediləcəyini” bəyan edib və addımı Agentliyin siyasi təzyiq alətinə çevrilməsi kimi qiymətləndirib. Məlumatlar göstərir ki, MAQATE-nin iradları (uran ehtiyatları ilə bağlı qeyri-müəyyənlik, obyektlərə girişin təmin olunmaması) ilə Tehran rəhbərliyinin reaksiyası arasındakı uçurum getdikcə dərinləşir.

Musavat.com

Chosen
20
musavat.com

1Sources