“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az -a bildirib ki, Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər növbəti 10 il ərzində ölkənin qarşısında duran strateji hədəfləri müəyyənləşdirir.
Onun sözlərinə görə, Azərbaycanda sosial-iqtisadi inkişafı təmin etmək məqsədilə indiyədək çoxsaylı dövlət proqramları uğurla reallaşdırılıb və bu istiqamətdə davamlı inkişaf üçün bütün zəruri amillər mövcuddur:
"Milli Prioritetlər dövlətin uzunmüddətli inkişaf konsepsiyasının əsasını təşkil edir və bu konsepsiyanın həyata keçirilməsi hökumət qurumlarından ciddi koordinasiya tələb edir. Azad edilmiş Ağdamın bərpası, əhalinin qayıdışı və iqtisadi aktivliyin canlanması “Azərbaycanın yeni inkişaf magistralı”nın ideoloji nüvəsini formalaşdırır".