ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə Ağ Evdə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo ilə futbol oynadığı video paylaşıb.
Publika.az xəbər verir ki, görüntü süni intellekt vasitəsilə yaradılıb. Lakin böyük marağa səbəb olub.
Qeyd edək ki, Ronaldo Səudiyyə Ərəbistanının varisi Məhəmməd bin Salman üçün təşkil olunmuş rəsmi naharın xüsusi qonaqlarından biri olub. O, Trampla Oval ofisdə birgə foto çəkdirib.