EN

Nazir: Şəhid ailələrinin, müharibə əlillərinin evlə təminatına 50 milyon manat ayrılması nəzərdə tutulur

Nazir: Şəhid ailələrinin, müharibə əlillərinin mənzillərlə təminatına 50 mln. manat vəsaitinayrılması nəzərdə tutulur

“2026-cı ilin dövlət büdcəsində sosial müavinət, təqaüd və kompensasiyalar üçün 2 milyard 144 milyon manat və ya 178.5 mln manat və ya 9.1% çox vəsait nəzərdə tutulmuşdur”.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin
bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

Nazir bildirib ki, həmçinin növbəti ilin dövlət büdcəsindəÜDSY üzrə 465 milyon manat, haqqı ödənilən ictimai işlərin təşkili üzrə isə 141,7 milyon manat vəsait qoyulmuşdur:

Dövlət icbari şəxsi sığorta vəsaiti hesabına növbəti ildəreabilitasiya vasitələrinin alınmasına 31,7 milyon manatnəzərdə tutulmuşdur.
DSMF-nin investisiya gəlirləri və dövlət icbari şəxsi sığorta vəsaiti hesabına şəhid ailələrinin, müharibə əlillərinin mənzillərlə təminatına 50 mln. manat vəsaitinayrılması nəzərdə tutulur”, -o vurğulayıb.

Chosen
27
8
teleqraf.com

9Sources