EN

2026-cı ildə sosial müavinət, təqaüd və kompensasiyalara 2 milyard manatdan çox vəsait ayrılacaq – Anar Əliyev

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsində sosial müavinət, təqaüd vəkompensasiyalar üçün 2 milyard 144 milyon manat və ya 178.5 mlnmanat və ya 9.1% çox vəsait nəzərdə tutulmuşdur.

Trend xəbərverir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar ƏliyevMilli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiəfondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığortafondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrininmüzakirəsi zamanı deyib.

Nazir bildirib ki, həmçinin növbəti ilin dövlət büdcəsində ÜDSYüzrə 465 milyon manat, haqqı ödənilən ictimai işlərin təşkili üzrəisə 141,7 milyon manat vəsait qoyulmuşdur.

“Dövlət icbari şəxsi sığorta vəsaiti hesabına növbəti ildəreabilitasiya vasitələrinin alınmasına 31,7 milyon manat nəzərdətutulmuşdur.

Həmçinin DSMF-nin investisiya gəlirləri və dövlət icbari şəxsisığorta vəsaiti hesabına şəhid ailələrinin, müharibə əlillərininmənzillərlə təminatına 50 mln. manat vəsaitin ayrılması nəzərdətutulur”, - deyə A.Əliyev qeyd edib.

Chosen
27
8
az.trend.az

9Sources