EN

Rusiya Çin-ə LNG-ni bazar qiymətindən ucuz satmağa başlayıb

BAKI, 20 noyabr. TELEQRAF

Bu ilin avqustundan Çin şirkətləri “Novatek”dən maye təbii qazı (LNG) bazar qiymətindən 30–40 faiz endirimlə almağa başlayıblar.

Teleqraf Reuters-ə istinadən xəbər verir ki, “Novatek”in Çin istiqamətinə ilk göndərişi avqustun 28-də reallaşıb. O vaxtdan bəri ümumilikdə 14 tədarük baş tutub. Hər bir tədarük üzrə Çin tərəfinə 28–32 milyon dollar arasında qiymət təklif edilib. Halbuki həmin dövrdə bazarda qiymət 44 milyon dollardan çox olub.

Onu da bildirək ki, “Novatek” Qərb sanksiyaları fonunda yaranmış tələbat çatışmazlığını kompensasiya etmək üçün avqustdan qazı endirimlə satmağa başlayıb. 21 milyard dollar dəyərində qiymətləndirilən layihə endirim kampaniyasına qədər planlaşdırılan satış həcmlərinə çata bilməmişdi.

Bu vəziyyət Çin alıcıları üçün, o cümlədən "Beihai LNG" Terminalının operatorları üçün sərfəli hesab olunur. Çünki ABŞ və Avropanın Rusiyaya qarşı artan təzyiqlərinə baxmayaraq, Qərb hələlik bu əməliyyatlarda iştirak edən Çin şirkətlərinə ayrıca sanksiya tətbiq etməyib.

Chosen
4
teleqraf.com

1Sources