EN

İsrail XİN rəhbəri: Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm

İsrail xarici işlər naziri Gideon Saar Azərbaycana səfər etmək niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri bildirib.

“Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla bir daha görüşməyimə şadam. Qəzzada Tramp planı və Azərbaycan-Ermənistan məsələsi, eləcə də dərinləşən ikitərəfli və iqtisadi əlaqələrimiz ətrafında yaxşı müzakirələrimiz oldu. Azərbaycanda İsrail turizmi 2025-ci ildə əhəmiyyətli dərəcədə artıb və biz bunu daha da inkişaf etdirməyə davam edəcəyik. Tezliklə Bakıya səfər etməyi səbrsizliklə gözləyirəm. Biz yaxın əlaqələrimizi daha da möhkəmləndirməyə davam edəcəyik”, - o qeyd edib.

Chosen
7
8
operativmm.az

10Sources