Rusiya ordusu Zaporojya vilayətindəki Veseloye yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kənd “Şərq” qüvvələr qrupunun bölmələri tərəfindən tutulub.
Bundan əlavə, döyüşçülər Dnepropetrovsk vilayətinin Velikomixaylovka və Pokrovskoe yaşayış məntəqələri ərazilərində, həmçinin Zaporojye vilayətinin Hülyaypol, Yablokovo və Dobropillya ərazilərində Ukrayna Silahlı Qüvvələrinin iki briqadası və üç alayının birləşmələrini məğlub ediblər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kiyev son 24 saat ərzində həmin ərazidə 250-dən çox hərbçi, 7 maşın, iki elektron döyüş stansiyası, bir tank və bir “Qvozdika” özüyeriyən artilleriya qurğusunu itirib.