EN

Türkmənistanın səfiri Əli Əsədova məktub ünvanlayıb

Bakı.Trend:

Türkmənistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiriQ.Elyasov Azərbaycan Respublikasının “Mərkəzi Asiya DövlətBaşçılarının Məşvərət Görüşündə Azərbaycan Respublikasınıntamhüqüqlu iştirakı haqqında” qərarı münasibətilə Baş nazir ƏliƏsədova məktub ünvanlayıb.

Trend xəbərverir ki, bu barədə Nazirlər kabineti məlumat yayıb.

Məktubda deyilir ki, sizi Mərkəzi Asiya Dövlət BaşçılarınınYeddinci Məşvərət Görüşünün “Mərkəzi Asiya Dövlət BaşçılarınınMəşvərət Görüşündə Azərbaycan Respublikasının tamhüqüqlu iştirakıhaqqında” qərarı münasibətilə səmimi qəlbdən təbrik edirəm:

"Bu, şübhəsiz ki, tarixi miqyaslı bir hadisədir. O, MərkəziAsiyanın və Azərbaycanın vahid geosiyasi və geoiqtisadi məkanaçevrilməsini, beləliklə, xalqlarımızın və dövlətlərimizinqardaşlıq, mehriban qonşuluq, bərabərlik və əməkdaşlığa əsaslanangüclü birliyini, tarixi taleyimizin ayrılmaz və bölünməz olduğunumütləq şəkildə anlamasını qeyd edir.

Bildiyiniz kimi, bu ilin avqust ayında Avaza Milli TurizmZonasında keçirilən Dənizə Çıxışı olmayan İnkişaf Etməkdə olanÖlkələr üzrə Üçüncü BMT Konfransı zamanı Türkmənistanın təklifi iləMərkəzi Asiya Dövlət Başçılarının fövqəladə Məşvərət Görüşü təşkiledildi. Məhz bu görüşdə Türkmənistan Azərbaycanın MəşvərətGörüşlərinə tamhüquqlu üzv kimi qoşulmasını və bununla da buformatda əsas iştirakçıya çevrilməsini, əlaqələrini daha dagücləndirməsini və qardaş xalqlar ailəsinə hərtərəfliinteqrasiyasını təklif etdi".

"Əminəm ki, qardaş Azərbaycanın siyasi nüfuzu, nəhəng resurs,sənayə və texnoloji potensialı, mədəni humanitar sahələrdəkinailiyyətləri nəzərə alınmaqla, Azərbaycanın Məşvərət Görüşlərinəqoşulması ölkələrimizin və xalqlarımızın hərtərəfli yaxınlaşmasındamüəyyənedici elementə, regional və beynəlxalq inkişafdakı müasirtendensiyalarda fəal iştiraka stimul verəcək, qlobal koordinatsistemində layiqli rolunu və yerini dərk edən və məqsədlərinə birgəçatmağa hazır olan məsuliyyətli, birləşmiş tərəfdaşlar kimi MərkəziAsiya dövlətlərinin və Azərbaycanın qlobal səhnədə rolunun vəçəkisinin artmasına səbəb olacaq.

Bir daha səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm!

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsuliyyətlifəaliyyətinizdə uğurlar arzulayıram", - məktibda vurğulanıb.

Chosen
14
13
az.trend.az

10Sources