Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışını davam etdirir.
Fanat.Az xəbər verir ki, idmançımız adını finala yazdırıb.
Ruzanna yarımfinalda özbəkistanlı Nigina Sabirovaya xal verməyib - 6:0.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.