EN

İsveçrə saatlarının ixracında kəskin azalma:ABŞ tarifləri təsirini göstərir

İsveçrə saatlarının ixracı ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflər səbəbindən ardıcıl üçüncü ay azalır.

Redaktor.az bu haqda İsveçrə Saat Sənayesi Federasiyasının məlumatlarına istinadla məlumat verir.

Rəsmi statistikaya görə, ötən ay İsveçrə saatlarının ixracı ötən ilin oktyabrı ilə müqayisədə 4,4 faiz geriləyərək 2,2 milyard İsveçrə frankına (2,7 milyard dollar) düşüb. ABŞ bazarına ixrac isə 47 faiz azalaraq ən kəskin düşüşü göstərib.

Bu müddətdə Çin bazarına göndərilən məhsulların həcmi 13 faiz artıb.

Keçən həftə isveçrəli ixracatçılar müəyyən müsbət xəbər alıblar: ABŞ hökuməti tarifləri 39 faizdən 15 faizə endirəcəyini bildirib. Lakin yeni tariflərin nə vaxt qüvvəyə minəcəyi hələ də məlum deyil.

İsveçrə Mərkəzi Bankının məlumatına əsasən, ABŞ-nin tarif siyasətindən ən çox zərər görən sahələrə saat istehsalçıları, eləcə də maşın və dəqiq cihazlar istehsal edən müəssisələr daxildir. Bununla yanaşı, gömrük tarifləri İsveçrə iqtisadiyyatının digər sektorlarına da təsir edib.

Aytəkin TOFİQQIZI

Chosen
67
1
redaktor.az

2Sources