EN

Bakıda qadın sığınacağında MÜƏMMALI ÖLÜM: atam da məndən imtina etdi

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Təmiz Dünya" sığınacağında yaşayan yeniyetmə faciəvi şəkildə ölüb.

Lent.az xəbər verir ki, hadisə Bakının Binəqədi rayonunda, Motodrom qəsəbəsinin ərazisində qeydə alınıb.

Burada yerləşən "Təmiz Dünya" sığınacağının 16 yaşlı sakini Nurcan Cəfərova 4-cü mərtəbədən yıxılaraq, ölüb.

Sığınacaqdan Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, yeniyetmə qız sentyabr ayından orada yaşayıb:

“Nurcan Cəfərova sentyabrın 4-dən sığınacağa yerləşdirilib. Psixoloqlar vasitəsilə onun psixoloji vəziyyəti yoxlanılıb və intihara cəhd edə biləcəyi ilə bağlı əsaslar müəyyən olunmayıb.

7 yaşında olarkən onun anası dünyasını dəyişib. Anasının ölümündən sonra isə atası onu ataraq, gedib. Nurcan həmin vaxtlar babasının öhdəliyində yaşayıb. Lakin dayıları ilə mübahisə yarandığı üçün o, evdən qaçıb, polisə müraciət edib. Polis qızı Sosial Xidmətlər Agentliyi vasitəsilə sığınacağımıza yerləşdirdi.

Uşaqlarla adaptasiyasında problem yox idi. Lakin onun ən böyük istəyi ailəsi ilə yaşamaq idi. Dəfələrlə qohumları ilə əlaqə saxlasaq da, bu gün-sabah gələcəyik deyib, gəlmirdilər. Dünən isə yekun olaraq, atası da Nurcandan imtina etdi. O deyirdi ki, atam da məndən imtina etdi, heç kim məni sevmir.

Güman edirik ki, hadisəni də bu səbəbdən törədib. Faktla bağlı prokurorluqda araşdırma aparılır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
52
1
lent.az

2Sources