EN

Yeni mərkəz həm ambulator, həm də stasionar xidmətlər təqdim edəcək

“Yeni açılışı olan mərkəzin məqsədi Azərbaycanı regionda robotik reabilitasiya üzrə lider ölkəyə çevirmək, beynəlxalq tərəfdaşlarla birlikdə yeni klinik protokollar, təlim proqramları və innovativ texnologiyaları tətbiq etməkdir".

Redaktor.az xəbər verir ki, bunu Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hədəflər arasında həmçinin fizioterapiya və reabilitasiya üzrə kadr hazırlığını gücləndirmək, insult, travmatik beyin zədəsi, ortopedik və pediatrik reabilitasiyada yeni müasir yanaşmalar formalaşdırmaq da yer alır:

"Mərkəzdə fizioterapevtlər, reabilitoloqlar, neyroloqlar, ortopedlər, psixoloqlar və ergoterapevtlərdən ibarət multidissiplinar komanda fəaliyyət göstərir. Bütün bu imkanlarla mərkəzimiz Azərbaycanda reabilitasiya sahəsinə texnoloji inqilab gətirən, həm ambulator, həm də stasionar xidmətlər təqdim edən qabaqcıl bir qurum kimi fəaliyyət göstərəcək".

Nuriyyə NATİQQIZI

Chosen
30
1
redaktor.az

2Sources