ain.az bildirir, 525.az portalına istinadən.
Yeni Klinikada Sümük İliyi Transplantasiyası Mərkəzində ilkin mərhələdə il ərzində 150-yə yaxın ilik transplantasiyası nəzərdə tutulub.
525.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunmuş brifinqdə jurnalistlərin suallarını cavablayarkən deyib.
Onun sözlərinə görə, bu sayın növbəti illərdə artırılması nəzərdə tutulub:
"İlkin mərhələdə minimum 150 ilik transplantasiyası əməliyyatı nəzərdə tutulub. Öncəlik isə uşaqlara veriləcək. Çünki ölkədə ilik transplantasiyasına ehtiyacı olan çox uşaq var".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.