EN

Azərbaycanda unikal tibbi imkan

 Xəbər verdiyimiz kimi, Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin yaradılması münasibətilə mediatur təşkil olunub.

"Cebheinfo.az" xəbər verir ki, Hematologiya və Sümük İliyi Transplantasiya Mərkəzinin şöbə müdiri Sevil Cəlilovanın sözlərinə görə, Azərbaycanda ilk dəfə olaraq myeloma və lenfoma xəstəlikləri ilə yanaşı, leykoz, immunçatışmazlıq, talassemiya və aplastik anemiya diaqnozu qoyulan pasiyentlərə autogen transplantasiya tətbiq olunacaq.

O bildirib ki, transplantasiya prosesinin həyata keçirilməsi üçün xəstəxananın multidissiplinar struktura malik olması əsas şərtdir. 

“Bu əməliyyatı keçən xəstələrin immun sistemi kəskin şəkildə zəiflədiyindən onların müxtəlif sahələr üzrə həkim konsultasiyalarına və əlavə müalicələrə ehtiyacı yaranır. Ölkədə bu tələblərin hamısını eyni anda təmin edən yeganə tibb müəssisəsi məhz bu xəstəxanadır. Yeni mərkəzin üstünlüyü ondan ibarətdir ki, mürəkkəb transplantasiya prosedurlarının aparılması üçün zəruri olan bütün şöbələr və mütəxəssis komandaları bir arada fəaliyyət göstərir. Bu isə pasiyentlərin daha təhlükəsiz və effektiv müalicəsini təmin edəcək".

O əlavə edib ki, autogen transplantasiya xidmətləri İcbari Tibbi Sığorta çərçivəsində təqdim olunacaq və mərkəzin çoxprofilli imkanlarından geniş şəkildə istifadə ediləcək.

Əfsanə Rəcəb

"Cebheinfo.az"

 

Chosen
39
cebheinfo.az

1Sources