EN

Kaya Kallas “Tramp planı”nın onunla razılaşdırılmasını TƏLƏB ETDİ – VİDEO

Kaja Kallas “Tramp planı”nın Ukrayna və Avropa ilə razılaşdırılmasını tələb edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Estoniyanın baş naziri Kaja Kallas Tramp administrasiyasının müzakirə etdiyi mümkün sülh planına münasibət bildirərək deyib ki, belə təşəbbüslər Avropa və Ukrayna ilə razılaşdırılmadan işlək olmayacaq.

Onun sözlərinə görə, Avropa uzunmüddətli və ədalətli sülhün tərəfdarıdır və bu məqsədə yönələn bütün səyləri alqışlayır.

Kallas vurğulayıb ki, müharibədə bir təcavüzkar və bir qurban var.

Rusiyanın indiyədək heç bir real güzəştə getmədiyini qeyd edən baş nazir bildirib ki, Moskva həqiqətən sülh istəsəydi, çoxdan şərtsiz atəşkəsə razılıq verərdi.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
30
interpress.az

1Sources