“Roblox” 2025-ci ilin yanvarından etibarən bütün istifadəçilərdən platformaya giriş üçün məcburi üz tanıma yoxlaması tələb edəcəyini açıqlayıb. Bu addım azyaşlı istifadəçilərin təhlükəsizliyi üçün atılıb. Platforma artıq yaş qruplarına əsaslanan çat sistemini də tətbiq edir, yəni istifadəçilər yalnız öz yaşlarına yaxın şəxslərlə ünsiyyət qura biləcəklər.
Şirkət dekabrın ilk həftəsində yaş doğrulamasını Avstraliya, Niderland və Yeni Zelandiya kimi bölgələrdə məcburi etməyə başlayacaq. Yanvardan isə bütün dünyada istifadəçilər çat funksiyasından istifadə etmək üçün yaşlarını təsdiqləməyə məcbur olacaqlar.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”