EN

Ukrayna ilə bağlı gündəm dəyişdi - Müharibə Rusiyanın şərtləri ilə dayandırılır?

BAKI, 20 noyabr. TELEQRAF

ABŞ-nin Ukraynada müharibəni bitirmək üçün hazırladığı “sülh planı” Kiyevdən Rusiyaya ciddi ərazi güzəştləri, sülhməramlı qüvvələrin yerləşdirilməsi və NATO-ya üzvlük tələblərindən imtinanı nəzərdə tutur.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Amerikalı rəsmilərin məlumatına görə, ABŞ Qəzza zolağında atəşkəsə nail olmaq üçün istifadə etdiyi yanaşmanın eynisini tətbiq etməyə çalışır: bir neçə bənddən ibarət plan hazırlamaq və sonra tərəfləri onu qəbul etməyə məcbur etmək. Amma bir Avropa rəsmisinin sözlərinə görə, bu plan Kiyev və Avropa paytaxtlarında ciddi müqavimətlə üzləşəcək.

Ukrayna plana əsasən bütün Donbası Rusiyaya verməlidir.

“Həmçinin Ukrayna bir neçə il ərzində NATO-ya üzvlükdən imtina etməyə razılaşmalıdır. Kiyevə ölkə ərazisində beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə icazə verilməyəcək. Əvəzində Moskva Ukrayna və ya digər Avropa ölkələrinə hücum etməməyə qanunvericilik səviyyəsində öhdəlik götürəcək”, - rəsmilər deyiblər.

ABŞ administrasiyasının nümayəndəsi qeyd edib ki, Donald Trampın məqsədi Rusiyanın artıq işğal etdiyi əraziləri Ukraynaya qaytarmaq deyil, o, müharibəyə son qoyacaq razılaşma əldə etməyə çalışır.

Təklifi dəstəkləyənlər iddia edirlər ki, Rusiyanın cəbhədə irəliləməsi və Volodimir Zelenskinin tərəfdarları ilə bağlı korrupsiya qalmaqalı Kiyevə təzyiqi artıracaq və onu razılaşmaya sövq edəcək. Amma bu fərziyyə bir Qərb rəsmisi tərəfindən təkzib olunub. O söyləyib ki, korrupsiya araşdırması Zelenskinin manevr imkanlarını daha da azaldıb və ölkənin əsas təhlükəsizlik mövqelərindən geri çəkilməsi onun daxildəki mövqelərini daha da zəiflədəcək.

Chosen
2
teleqraf.com

1Sources