EN

Robot Putin üçün rəqs etdi - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Moskvada 10-cu “AI Journey” beynəlxalq konfransında iştirak edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Rusiyanın “Sberbank” bankının baş qərargahında keçirilən tədbir zamanı Putinə “Qrin” adlı humanoid robot təqdim edilib.

Sözügedən bankın ilk insanabənzər robotu olan “Qrin” Rusiya liderinə özünü təqdim edib və sahib olduğu xüsusiyyətlər barədə məlumat verib.

Bu zaman, Putinlə robot arasında maraqlı dialoq qeydə alınıb. Belə ki, “Qrin” Rusiya lideri üçün rəqs etməyi təklif edib və bir neçə saniyəlik rəqs hərəkətləri göstərib.

Putin isə cavabında rəqsi bəyəndiyini bildirib və təşəkkür edib.

Dialoqun videosu isə Kremlin rəsmi teleqram kanalında paylaşılıb. Tərəflər arasında söhbət marağa səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

"Cebheinfo.az"

Chosen
6
2
cebheinfo.az

3Sources