EN

ŞOK: ABŞ və digər ölkələr Krım və Donbası “Rusiyanın qanuni ərazisi” kimi tanıyacaq

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ və digər ölkələr Krım və Donbası “Rusiyanın qanuni ərazisi” kimi tanımağa hazırlaşırlar.Bizim.Media xəbər verir ki, bu barədə Axios yazıb.Nəşrin mənbələri bu məlumatı təsdiqləyib: ABŞ istəyir ki, Ukrayna hazırda nəzarətində saxladığı Donetsk və Luqansk vilayətlərinin ərazilərindən qoşunlarını çıxarsın. Ağ Evin məntiqinə görə, əgər müharibə davam etsə, Ukrayna bu əraziləri onsuz da itirəcək, “ona görə də Ukraynanın marağı anlaşmanı indi bağlamaqdır”.Ukraynadan çıxması tələb olunan ərazilər Rusiyanın nəzarətində olacaq, lakin Rusiya həmin zonalarda öz qoşunlarını yerləşdirə bilməyəcək, bu ərazilər demilitarizasiya olunmuş zona hesab ediləcək.Plana əsasən, ABŞ və digər ölkələr Krım və Donbası “Rusiyanın qanuni ərazisi” kimi tanıyacaq, lakin Ukraynadan bunu tələb etməyəcəklər.Xerson və Zaporojye vilayətləri barədəƏsasən mövcud təmas xətti saxlanılacaq, lakin danışıqların nəticəsinə uyğun olaraq, Rusiya “birtərəfli qaydada müəyyən əraziləri qaytaracaq”.WSJ-in məlumatına görə, ABŞ planında daha iki şərt var. Təklifə əsasən Ukrayna bir neçə il ərzində NATO-ya daxil olmaqdan imtina etməlidir. Həmçinin Ukraynaya beynəlxalq sülhməramlı qüvvələr yerləşdirmək qadağan ediləcək.ABŞ rəsmilərinin sözlərinə görə, bunun əvəzinə Moskva Ukraynaya və Avropanın digər ölkələrinə gələcəkdə hücum etməyəcəyinə dair qanuni öhdəlik götürəcək.Mediada yayımlanmış digər bəndlər (hamısı Kreml üçün əlverişli hesab olunur) isə belədir:Rusiyaya Donbasın Ukraynanın nəzarətində qalan hissəsinin verilməsi;Ukrayna Silahlı Qüvvələrinin sayının iki dəfə azaldılması;Əsas silah kateqoriyalarından imtina;ABŞ-ın hərbi yardımının dayandırılması;Rus dilinin Ukraynada rəsmi dövlət dili kimi tanınması;Rus Pravoslav Kilsəsinə rəsmi status verilməsi.

Bizim.Media

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
1
bizim.media

2Sources