EN

Cakarta dünyanın ən böyük paytaxt şəhəri oldu

Yazını böyüt
Yazını kiçilt

İndoneziyanın paytaxtı Cakarta dünyanın ən böyük paytaxt şəhərinə çevrilib və indiyədək siyahının ilk pilləsini tutmuş Tokionu geridə qoyub.

Hafta.az-ın yazdığına görə, BMT-nin yeni hesabatı olan "Dünya Urbanizasiya Perspektivləri 2025"də Cakarta metropoliten ərazisində təxminən 42 milyon insanın yaşadığı bildirilir. İkinci və üçüncü pillələrdə Banqladeşin paytaxtı Dəkkə şəhəri (40 milyon) və Tokio (33 milyon) qərarlaşıb.

BMT qeyd edir ki, səkkiz milyardı keçən dünya əhalisinin demək olar ki, yarısı şəhərlərdə yaşayır.

Hesabatda deyilir: "Şəhər sakinlərinin sayı 1950-ci ildən bəri ikiqat artıb, o vaxt 2,5 milyard insanın yalnız 20 faizi şəhərlərdə yaşayırdı".

Əhalisi 10 milyondan çox olan meqapolislərin sayı xüsusilə sürətlə artır: 50 ildə onların sayı səkkizdən 33-ə yüksəlib ki, bunlardan 19-u Asiyadadır. İlk 10 meqapolisdən yalnız biri Asiyada yerləşmir - Qahirə.

BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər əhalisi 10 milyondan çox olan meqapolislərin sayı 37-yə çatacaq. Bu siyahıya Efiopiyanın paytaxtı Əddis-Əbəbə, Tanzaniyanın paytaxtı Dar-əs-Salam, Hindistanın Hacipur və Malayziyanın paytaxtı Kuala Lumpur şəhərlərinin daxil edilməsi gözlənilir.

Hesabata görə, Mexiko və Çendu kimi bəzi böyük şəhərlər artıq kiçilməyə başlayır.

Chosen
9
hafta.az

1Sources