Bakı. Trend:
Qlobal trendlərə uyğun olaraq Azərbaycanda da ən çoxkibertəhlükə ilə üzləşən üç sektor maliyyə qurumları, dövlətsektoru və texnologiya sahəsidir. Ölkəyə yönələn hər 100kiberhücumdan 12-si məhz maliyyə təşkilatlarını hədəfə alır.
Trend xəbərverir ki, bunu "Mastercard"ın vitse-prezidenti Reşat Kökçən bu günBakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunun ikinci günündədeyib.
Onun sözlərinə görə, hücumların məqsədi işin davamlılığınıpozmaq, kritik məlumatlara çıxış əldə etmək və həmin məlumatlardansui-istifadə edərək maliyyə qazancı əldə etməkdir: "Mastercard"ınkibertəhlükəsizlik üzrə ixtisaslaşmış məsləhət komandalarıAzərbaycandakı banklarla da müxtəlif layihələr həyata keçirib.Şirkət həmçinin yeni təqdim etdiyi “Mastercard Threat Intelligence”məhsulunun artıq Azərbaycan bankları üçün əlçatan olduğunuaçıqlayıb. Məhsul "Dark Web" və "Deep Web"də satılan kartlarımonitorinq edir, kartların Mastercard ekosistemindəki hərəkətizlərini təhlil edir və fırıldaqçılıq risklərini banklaraəvvəlcədən bildirməyi hədəfləyir".