EN

NİİM məktəbətrafı yollarda qaydalara əməl olunması ilə bağlı valideynlərə çağırış edib

Bakı.Trend:

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarıvasitəsilə məktəbətrafı yollarda aparılan təhlillər göstərir ki,bəzi valideynlərin məsuliyyətsiz davranışı azyaşlıların yollardatəhlükəsizliyinə mənfi təsir göstərir.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzinin valideynlərə müraciətində deyilir.

Bildirilir ki, övladlarını məktəbə aparmaqla vəzifələrininbitdiyini zənn edən bir qisim valideynlər bəzən qaydalara məhəlqoymadan övladları ilə birgə yolu keçərək məktəblilərdə yanlışnümunə formalaşdırırlar. Bu cür davranışlar azyaşlıların təkolduqları zaman da eyni qayda pozuntularını təkrarlamasına vənəticədə təhlükəli situasiyaların yaranmasına, yol-nəqliyyathadisələrinin baş verməsinə səbəb olur.

Belə halların qarşısını almaq üçün valideynlərdən xahiş olunurki, övladlarına yollarda təhlükəsiz davranış qaydalarını izah etsinvə gündəlik həyatda bu qaydalara əməl etmələri üçün onlara nümunəolsunlar. Xüsusilə, piyada keçidlərindən düzgün istifadə, svetoforsiqnallarına riayət və yolu keçərkən ətrafı diqqətlə müşahidəetməyin əhəmiyyəti azyaşlılara aydın formada çatdırılmalıdır.

Unutmayaq ki, uşaqlar ilk növbədə valideynlərinin davranışınıtəkrarlayırlar. Qaydalara uyğun hərəkət etmək isə onlarıntəhlükəsizliyinin və sağlam gələcəyinin təmin olunmasıdeməkdir.

Məqalədə:
Chosen
8
30
az.trend.az

10Sources