EN

Makiyaj zamanı diqqət edilməli vacib məqamlar

Düzgün seçilməyən və səhv tətbiq olunan makiyaj dəridə qalıcı problemlərə səbəb ola bilər.


Pravda.az makiyaj üçün diqqət edilməli əsas məqamları təqdim edir:


Makiyaj məhsullarını almadan əvvəl 72 saatlıq allergiya testi edilməlidir.


Gecə makiyajla yatmaq olmaz, mütləq təmizlənməli və dəri nəmləndirilməlidir.


Dəri tipinə uyğun olmayan məhsullar gözənəkləri tıxayır və sızanaqlara səbəb olur.


Nəmləndirici çəkildikdən sonra makiyaja başlamazdan əvvəl onun dəridə tam hopması gözlənilməlidir.


“Təbii” yazılan məhsullar belə allergiya riski daşıya bilər, seçimdə diqqət vacibdir.
 

Makiyaj gec təmizləndikdə erkən qırışlar və dəri tonu bərabərsizliyi yarana bilər.


Başqasının makiyaj fırçası və süngərindən istifadə infeksiya riskini artırır.


Makiyajdan əvvəl əllər yuyulmalı, təmiz alətlərdən istifadə edilməlidir.


Makiyaj məhsulları isti mühitdə saxlanmamalıdır, çünki bakteriya çoxalması arta bilər.


Yaralı və ya infeksiyalı bölgələrə makiyaj tətbiq etmək qətiyyən məsləhət görülmür.


Mütəxəssislər bu qaydaların həm gündəlik makiyaj vərdişlərində, həm də dəri sağlamlığını qorumaqda böyük rol oynadığını bildirirlər.


Əminə Bayramova 

Tarix: 20 Noyabr 2025, 08:34   
Chosen
44
pravda.az

1Sources