EN

DÇ 2026 nın posterində Ronaldo niyə yoxdur? Foto

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Futbol üzrə 2026-cı il dünya çempionatının yeni rəsmi posteri FIFA tərəfindən ictimaiyyətə təqdim edilib.

“Qafqazinfo” xəbər verir ki, poster dizaynında turnirdə iştirak edəcək yığmaların futbolçuları ilə yanaşı, son dünya çempionu, Argentina millisinin kapitanı Lionel Messinin təsvirinə də yer verilib.

Bununla belə, altıncı dəfə mundialda iştirak etməyə hazırlaşan Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldonun və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriçin posterə salınmaması müzakirələrə səbəb olub. Azarkeşlər daha çox Ronaldonun dünya çempionatları tarixində rekordçu olmasına baxmayaraq, vizual materialda əks olunmamasını anlaşılmaz hesab ediblər.

Qeyd edək ki, FIFA məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb. Lakin bir sıra beynəlxalq media qurumları FIFA Prezidenti Canni İnfantinonun bu qərarın verilməsində mümkün rolunun ola biləcəyini iddia edirlər.

Xatırladaq ki, portuqaliyalı ulduz vinqer bu yaxınlarda verdiyi açıqlamada növbəti DÇ-nin onun üçün sonuncu mundial olacağını bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
qafqazinfo.az

1Sources