EN

Məşhur müğənni böyük fırıldağın qurbanı oldu: “FSB tapşırığı” adı ilə aldadılıb

Musavat.com xəbər verir ki, Rusiyada tanınmış müğənnisi Larisa Dolina inanılmaz dələduzluq sxeminin qurbanına çevrilib. Sənətçi tam üç ay boyunca özünü Federal Təhlükəsizlik Xidmətinin gizli əməliyyatında iştirak etdiyini düşünüb, lakin sonradan bütün bunların klassik fırıldaq oyunu olduğu üzə çıxıb.

Məlumata görə, dələduzlar Dolinanı inandırıblar ki, guya FSB kriminal qruplaşmanın ifşası üçün xüsusi əməliyyat aparır və müğənninin “maliyyə əməliyyatlarında iştirakı” həmin əməliyyat üçün vacibdir. Bu saxta tapşırıq çərçivəsində müğənni:

öz mənzilini satıb,

əldə etdiyi bütün pulu dələduzlara göndərib,

üstəlik borc alaraq onu da “FSB əməliyyatı” üçün verib.

Dolina yaxınlarına heç nə deməyib, çünki özünü “məxfi dövlət əməliyyatının iştirakçısı” hesab edib. Hətta vəsaitin bir hissəsini şəxsən, nəğd şəkildə “xüsusi vasitəçilərə” təhvil verdiyi deyilir.

Hadisənin üstü açıldıqdan sonra dələduzluğun miqyası Rusiya mediasında böyük rezonans yaradıb və geniş müzakirələrə səbəb olub. 

 

Musavat.com

Chosen
393
11
musavat.com

10Sources