EN

Tramp maliyyə nazirini işdən çıxarmaqla hədələdi

Maliyyə naziri Skott Bessent Federal Ehtiyat Sisteminin əsas faiz dərəcəsini aşağı salmasına nail ola bilməsə, ABŞ prezidenti Donald Tramp onu işdən çıxaracaq.

Musavat.com xəbər verir ki, Tramp bu xəbərdarlığı Vaşinqtonda keçirilən ABŞ-Səudiyyə Ərəbistanı Biznes Forumundakı çıxışı zamanı səsləndirib.

FED sədri Jerom Pauelli nəzərdə tutan Tramp maliyyə nazirindən "ona təsir göstərməsini" tələb edib: "O, ruhi xəstədir, onun problemi var". O, FED sədrini əsas faiz dərəcəsini ardıcıl olaraq aşağı salmadığına görə müntəzəm olaraq tənqid edir: "Düzünü desəm, onu işdən çıxarmaq istərdim. O, işdən çıxarılmalıdır. O, tamamilə səriştəsizdir və kiçik bir binaya(FED qərargahındakı təmir –red.) 4 milyard dollar xərclədiyinə görə məhkəməyə verilməlidir. Sən bunun üzərində işləməlisən, Skott. Skottun öhdəsindən gələ bilməyəcəyi yeganə şey FED-dir, çünki faiz dərəcəsi çox yüksəkdir. Əgər bunu tezliklə həll etməsən, Skott, səni işdən çıxaracağam".

O, Bessenti "ağılın səsi" adlandıraraq, maliyyə nazirinin FED rəhbərinin işdən çıxarılmasına qarşı olduğunu qeyd edib.

 

Musavat.com

 

Chosen
90
3
musavat.com

5Sources