EN

Türkiyənin pley-offda mümkün rəqibləri bəlli oldu

DÇ-2026-nın seçmə mərhələsi başa çatdı. Qrupu ikinci pillədə başa vuranları, eləcə də Millətlər Liqasındakı qrup liderlərini pley-off matçları gözləyir.

"Football-plus.az" xəbər verir ki, 16 komanda 4 torbaya bölünüb və noyabrın 20-də İsveçrənin Sürix şəhərində püşkatma mərasimi keçiriləcək.

Bizi belə desək, 4 dənə ayrı-ayrı ''final four'' gözləyir. 16 komanda 4 ayrı qrupa bölünəcək. Bu qruplarda 1-ci torbadakı komandalar 4-cü, 2-ci torbadakı komandalar isə 3-cü torbadakı komandalar ilə qarşılaşacaq. Gələn ilin martın 26-da yarımfinallar, martın 31-də finallar keçiriləcək. Həm yarımfinal, həm də finalda qalib bir oyunla müəyyənləşəcək. Qaliblər DÇ-yə vəsiqə qazanacaq. Yarımfinallarda ''səpələnmişlər'', yəni 1 və 2-ci torbada olan komandalar evdə oynayacaq.

Türkiyə 1-ci torbada yer aldığı üçün yarımfinal matçını doğma azarkeşləri önündə keçirəcək. Final matçının ev sahibi isə püşkatmadan sonra bilinəcək. Qeyd edək ki, Türkiyə İtaliya, Ukrayna və Danimarka ilə birlikdə 1-ci torbada yer alır. Yəni ''ay-ulduzlular''ın bu rəqiblərlə qarşılaşmayacağı dəqiqdi. 4-cü torbada isə İsveç, Rumıniya, Şimali Makedoniya və Şimali İrlandiya yer alır. Yəni Türkiyənin yarımfinaldakı rəqibi bu 4 kollektivdən biri olacaq. 2 və 3-cü torbalarda, yəni finalda Türkiyə ilə qarşılaşmaq ehtimalı olan komandalar isə bunlardı: Uels, Polşa, Çexiya, Slovakiya, Albaniya, İrlandiya, Kosovo, Bosniya və Herseqovina.

Maraqlıdı ki, Çexiyanın başına keçməyə əsas namizədlərdən biri Fatih Terimdi. Bu təyinat baş tutsa, Terimin finalda Türkiyəyə rəqib olmaq ehtimalı yaranacaq.

Chosen
51
1
football-plus.az

10Sources