ain.az, Yenisabah portalına istinadən məlumat verir.
Rusiya Prezidenti Vladimir Putin illik tibbi müayinəsinin nəticələri ilə bağlı açıqlama verib.
"Yeni Sabah" Globalinfo.az-a istinadən xəbər verir ki, “Abzats” Teleqram kanalı məlumat yayıb.
Dövlət başçısı “Süni intellekt dünyasına səyahət” adlı konfransda bildirib ki, müayinə iki günə yaxın davam edib və o, bu müddətdə gecəni tibb müəssisəsində keçirib.
“Mən bir müddət əvvəl ora günorta getdim, ertəsi gün çıxdım. Allaha şükür, hər şey qaydasındadır”, – deyə bildirib.
Prezident əlavə edib ki, illik sağlamlıq yoxlamaları onun üçün adi prosedurdur:
“Biz mütəmadi olaraq həkimdən keçirik. Hər il yoxlamamız olur”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.