EN

Tramp: “Putin məni məyus edib, bunu özü də anlayır” - VİDEO

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə bağlı verdiyi son açıqlamada onunla münasibətlərdə müəyyən məyusluq yaşadığını bildirib.

Tramp vurğulayıb ki, Putin bu narazılıqdan xəbərdardır.

ABŞ prezidentinin digər rezonans doğuran bəyanatları isə belədir:

▪️ Seçkilər və reytinqlər barədə:

“Covid xəbərlərini almamışdan bir gün əvvəl sosioloqlarla görüşdüm, çünki artıq növbəti seçkiləri düşünürdük. Onlar mənə dedilər: ‘Ser, əgər Corc Vaşinqton və Abraham Linkoln dirilib birləşsələr belə, siz onları 25 xal qabaqlayırsınız’”.

▪️ Ağıllı seçicilər barədə:

“Reytinqlərim bir az düşüb, amma ağıllı insanlar arasında əhəmiyyətli dərəcədə yüksəlib”.

▪️ İlon Mask barədə:

“İlona dedim: ‘Sən çox şanslısan ki, mən səninləyəm, İlon.’ O mənə nə vaxtsa həqiqətən təşəkkür edibmi?”

▪️ Yeni qırıcı barədə:

“Bizim yeni təyyarəmiz var: F-47. Boeing iddia edir ki, bu təyyarə həm gizlənmə, həm də sürət baxımından indiyədək görünməmiş göstəricilərə çatır”.

▪️ Səudiyyə Ərəbistanına F-35 satışı haqda:

“Bu satışın təsdiqi üzərində işləyirik, artıq demək olar ki, təsdiqlənib, narahat olmayın”.

 

Musavat.com

Chosen
47
musavat.com

1Sources