EN

Ağız və diş sağlamlığı ana bətnində başlayır -Həkim DANIŞDI

İstanbul Rumeli Universiteti Ağız və Diş Sağlığı həkimi Melike Özlem Eken bildirib ki, ağız və diş sağlamlığının təməli ana qarnında qoyulur.

Redaktor.az xəbər verir ki, həkim bu haqda "Sağlık Gazetesi"nə danışıb.

Onun sözlərinə görə, düzgün qidalanma vərdişləri və ağız baxımı yalnız dişlərin deyil, ümumi sağlamlığın da açarıdır.

Dr. Eken vurğulayıb ki, dişlərin inkişafı ana qarnında başlayır və bu səbəbdən ana namizədin qidalanma vərdişləri birbaşa olaraq uşağın diş sağlamlığına təsir edir. O, cəmiyyətdə geniş yayılan “hər uşaq anadan bir diş aparır” inancının doğru olmadığını qeyd edərək, düzgün qidalanma və müntəzəm ağız baxımının həm ana, həm də körpə üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Diş Sağlığının Təməli Ana Qarnında Qoyulur

Hormonal dəyişikliklərin diş çürümələrinə zəmin yaratdığını ifadə edən Eken deyib: “Bu dövrdə ağız gigiyenasını qorumaq üçün balanslı qidalanma vərdişi formalaşdırılmalıdır. Zülal, A, C və D vitaminləri ilə kalsium baxımından zəngin qidalar kifayət qədər qəbul edilməli, lazım gələrsə vitamin əlavələri edilməli və diş həkimi nəzarəti unutulmamalıdır.”

Hamiləlikdə diş ət xəstəliklərinin erkən doğum və aşağı doğum çəki riskini artırdığını xatırladan Eken, ana namizədlərin bu dövrdə ağız baxımına xüsusi diqqət yetirməsi vacib olduğunu vurğulayıb. Həmçinin, valideynlərin ağız və diş sağlamlığı mövzusundakı məlumat səviyyəsinin uşaqlarının diş sağlamlığına birbaşa təsir etdiyini də qeyd edib.

Chosen
98
1
redaktor.az

2Sources