EN

MAQATE müfəttişləri İrana qayıdıb, lakin tam təftiş rejimi bərpa edilməyib” Qrossi

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri İranın bir sıra nüvə obyektlərində yoxlamaları bərpa ediblər, lakin təftiş rejiminin tam işlək olması üçün Tehranla əlavə əməkdaşlıq tələb olunur”.

525.az xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib.

“MAQATE müfəttişləri İrana qayıdıb, iyun  hərbi hücumlarından zərər görməyən bir çox obyektdə yoxlamalar aparıb və layihə məlumatlarına baxış keçiriblər. Lakin tam yoxlama rejiminin bərpası üçün təsirlənmiş obyektlərə giriş də daxil olmaqla İrandan fəal əməkdaşlıq tələb olunur", - Qrossi deyib.

O, Tehranla müntəzəm əlaqə saxladığını söyləyib. MAQATE rəhbəri İranı agentliyin zədələnmiş ərazilərə, xüsusilə statusu təcili dəqiqləşdirmə tələb edən az zənginləşdirilmiş və yüksək zənginləşdirilmiş uran ehtiyatlarına çıxışını təmin etməyə çağırıb.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
525.az

1Sources