ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Yeniavaz.com xəbər verir ki, yığma finalda Türkiyə seçməsinə 21:13 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan yarımfinalda Misir yığmasından güclü olmuşdu - 22:15.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.