EN

Zaxarova: “Rəsmi Moskva ABŞ-dan Ukrayna üzrə çərçivə sazişi layihəsi almayıb”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynadakı münaqişənin dayandırılması ilə bağlı çərçivə sazişinin yaxın zamanda razılaşdırılacağı barədə xəbərləri təkzib edib.

Paralel.az xəbər verir ki , onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentindən bu səviyyədə hər hansı sənəd almayıb.

“Əgər ABŞ tərəfinin hansısa təklifi olsaydı, bu barədə iki ölkənin xarici siyasət qurumları arasında müəyyən olunmuş rabitə kanalları vasitəsilə məlumat verilərdi”, – deyə Zaxarova bildirib.

Chosen
13
2
paralel.az

10Sources