EN

Ərdoğan: Türkiyə Rusiya ilə Ukraynada atəşkəsi müzakirə etməyə hər zaman hazırdır



Türkiyə Rusiya ilə Ukraynada atəşkəs variantlarını müzakirə etməyə hər zaman hazırdır.

Newscenter.az trthsber-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi brifinqdə deyib.

Türkiyə lideri ölkəsinin Rusiya ilə Ukraynada nizamlanma variantlarını müzakirə etməyə hər zaman hazır olduğunu bəyan edib.

"Biz bu çətin şəraitdə ölkəni tərk etmədən fəaliyyətini davam etdirən türk sahibkarların dəstəyi ilə Ukraynanın dirçəlməsinə töhfə verməyə çalışırıq. Bununla belə, biz Türkiyə olaraq hər şeydən əvvəl Rusiya ilə atəşkəsi sürətləndirəcək və ədalətli və davamlı sülhə zəmin yaradacaq təklifləri müzakirə etməyə hazırıq", - deyə Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

O, həmçinin vurğulayıb ki, Türkiyə ABŞ-ın münaqişənin həlli prosesində iştirakına böyük əhəmiyyət verir.

Süleyman
Chosen
20
1
newscenter.az

4Sources