EN

“Arsenal”ın oyunçusu nə vaxt qayıdacaq?

“Arsenal”ın futbolçusu Qabriel Maqalyans sıradan çıxıb.

"Football-plus.az" xəbər verir ki, Braziliya millisinin müdafiəçisi Seneqal ilə yoldaşlıq matçında (2:0) zədə səbəbindən meydanı erkən tərk edib. Baş məşqçi Karlo Ançelotti əvvəlcə futbolçunun qasıq nahiyəsində problem olduğunu bildirmişdi. Son müayinələr isə Qabrielin sağ dizində əzələ zədəsi olduğunu təsdiqləyib.

Qabrielin Şimali London derbisində “Tottenhem”ə qarşı oynayıb-oynamayacağı hələ məlum deyil. Bununla yanaşı, “Arsenal” ayın sonuna yaxın “Çelsi” ilə də vacib matça çıxacaq. Qabrielin bərpa müddətinin nə qədər davam edəcəyi yaxın günlərdə bəlli olacaq.

Chosen
8
1
football-plus.az

3Sources