EN

Saytların çökmə səbəbi bu imiş - AÇIQLAMA

Dünyanın bir çox internet xidməti və veb saytlarında problemlər yaranıb.

Mövzu ilə bağlı Yeniazerbaycan.com-a açıqlama verən İT mütəxəssisi Vasif Qəhrəmanov bildirib ki, bu problem təkcə ölkəmizdə deyil, dünyanın bir çox yerlərində istifadə olunan platformalarda öz təsirini göstərib: 

"Saytların təhlükəsizliyini təmin edən global platforma mövcuddur ki, bu sistem fərqli servirlərdən mütəmadi sorğular göndərilir. Göndərilən sorğularla bağlı qorunma mexanizmi işlə salınıb ki, bu da saytların müvəqqəti dayanmasına gətirib çıxarıb". Mütəxəssis qeyd edək ki, onun sözlərinə görə, proses müvəqqəti  olduğu üçün heç bir müdaxilə etmədən gözləmək lazımdır.

Havar Şəfiyeva

1Sources