EN

“Reuters”: ABŞ hərbi heyəti Kiyevdə müharibənin dayandırılması imkanını müzakirə edəcək

Bakı, 19 noyabr, AZƏRTAC

Kiyevə gedən ABŞ quru qoşunları naziri Daniel Driskollun başçılıq etdiyi nümayəndə heyəti vəziyyəti nəzərdən keçirəcək və Rusiya-Ukrayna münaqişəsinə son qoymaq imkanlarını müzakirə edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ-ın Kiyevdəki səfirliyinə istinadla məlumat yayıb. “Nazir Driskoll və onun komandası Tramp administrasiyası adından Ukrayna rəsmiləri ilə görüşmək və müharibənin dayandırılmasını müzakirə etmək üçün faktaraşdırıcı missiyanın bir hissəsi kimi bu gün səhər Kiyevə gəlib”, - deyə məlumatda bildirilir.

Daha əvvəl “Politico” nəşri belə bir xəbər yaymışdı ki, ABŞ ordusunun Baş Qərargah rəisi Rendi Corc da nazir Driskoll ilə birlikdə Kiyevin Vaşinqtona pilotsuz uçuş aparatı texnologiyalarının tədarükünə dair razılaşmanı müzakirə etmək üçün Kiyevə gedir.

Chosen
21
azertag.az

1Sources