EN

AZAL təyyarələrində yüksək sürətli “Wi-Fi” olacaq - DÜNYA LİDERİ İLƏ SAZİŞ İMZALANDI

“Azərbaycan Hava Yolları” və peyk rabitəsi sahəsində qlobal lider olan “Viasat  Inc.”  təyyarələrin yüksək sürətli internetlə təchiz edilməsinə dair strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.

Marja xəbər verir ki, saziş dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan “Dubai Airshow 2025” çərçivəsində AZAL-ın prezidenti Samir Rzayev və “Viasat”ın aviasiya üzrə prezidenti Don Bakman tərəfindən imzalanıb. 

Tərəfdaşlıq çərçivəsində AZAL-ın parkına daxil ediləcək 20 yeni təyyarə (“Airbus A320” ailəsi və “Boeing 787-9 Dreamliner”) “Viasat Amara” yüksək sürətli sistemi ilə təchiz olunacaq. 

Yüksək sürətli “Wi-Fi” ilə yanaşı, tərəfdaşlıq çərçivəsində simsiz bortdaxili əyləncə platforması da istifadəyə veriləcək. Sərnişinlər şəxsi cihazlarından istifadə edərək geniş multimedia məzmununa çıxış əldə edə biləcəklər.

Yeni sistem artıq AZAL-ın bu il istismara verdiyi iki “Airbus A320neo” təyyarəsində quraşdırılıb.

AZAL Azərbaycan Hava Yolları Viasat Viasat Inc Dubai Airshow 2025 strateji tərəfdaşlıq yüksək sürətli internet təyyarələrdə Wi-Fi Viasat Amara bortdaxili əyləncə sistemi simsiz əyləncə platforması Airbus A320 Airbus A320neo Boeing 787-9 Dreamliner aviasiya texnologiyaları sərnişin təcrübəsi aviasiya innovasiyaları AZAL yeni təyyarələr Samir Rzayev Don Bakman
Chosen
80
14
marja.az

2Sources