EN

TRIPP dəhlizi artan tələbatı qarşılamaq üçün genişləndirilə bilər - Rövşən Rüstəmov

"Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (TRIPP) - Azərbaycanı Ermənistan üzərindən birbaşa Naxçıvanla, oradan isə Türkiyənin dəmir yolu sistemi ilə birləşdirəcək strateji əhəmiyyətli layihədir.

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov "NE Global" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə artıq 224 kilometrlik dəhlizin öz ərazisindən keçən hissəsinin tikintisinə başlayıb:

"Bu, layihəyə göstərilən güclü siyasi iradə və maliyyə dəstəyinin bariz nümunəsidir. Azərbaycanın payına düşən 110 kilometrlik Horadiz-Ağbənd dəmir yolu üzərində isə işlər davam edir. Tikinti 2021-ci ildə başlayıb və 2026-cı ilədək tamamlanması planlaşdırılır".

R.Rüstəmov bildirib ki, Yuxarı Mərcanlıdan Ağbəndə qədər - Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan və Bartaz daxil olmaqla - səkkiz yeni stansiya inşa olunur:

"Hazırda layihələndirmə işlərinin təxminən 85 %-i, tikinti-quraşdırma işlərinin isə 68 %-i icra edilib".

Chosen
11
6
aznews.az

4Sources